çərşənbə axşamı 17 mart 2026 - 10:31
Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü İslam İnqilabının Ali Məqamlı Rəhbərinin seçilməsi ilə bağlı verdiyi məlumat

Namizədlərin adlarının toplanması üçün rəy sorğusunun aparıldığı birinci mərhələ Ekspertlər Məclisinin katibliyi tərəfindən həyata keçirilirdi. Lakin çərşənbə axşamı günü əsr vaxtı Qum şəhərində yerləşən Ekspertlər Məclisinin binası ABŞ və sionist qüvvələrin hücumuna məruz qalaraq bir neçə nəfər şəhid olmuşdur.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Höccətül‑İslam vəl‑müslimin Möhsün Qumi İslam İnqilabının üçüncü rəhbərinin seçilməsi prosesini izah edib.

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvünün açıqlaması aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə

Ekspertlər Məclisinin səmərəliliyi onun qəbul etdiyi qərarların sayı ilə qiymətləndirilməməlidir. Bu məclisin digər parlament və məclislərdən fərqli olaraq çoxsaylı qərarları yoxdur, lakin onun az sayda qərarları o qədər strateji xarakter daşıyır ki, onların təsiri bəzən müasir dövrün sərhədlərini aşaraq gələcək nəsilləri də öz təsiri altına alır və ictimai və fərdi həyatın müxtəlif sahələrinin toxumasında mühüm rol oynayır.

Bu məclis rəhbərlik boşluğu yarandığı bir şəraitdə ən qısa zamanda cəmiyyətdə sabitlik yarada və həmin həssas anlarda öz rolunu icra edə bilər. Bu məclis çıxılmaz vəziyyətləri aradan qaldırmaq üçün əsas həlledici məqamların toplantısıdır. Ekspertlər Məclisinin Rəyasət Heyəti praktik olaraq da 1989‑cu ildə həzrət Ayətullah İmam Xameneinin (Allah ona rəhmət etsin) rəhbərliyə təyin edilməsində, həmçinin 2026‑cı ildə İslam İnqilabının üçüncü rəhbərinin müəyyən edilməsində ən yaxşı fəaliyyəti nümayiş etdirmiş və cəmiyyətə sabitliyi qaytarmışdır.

Konstitusiyanın 107‑ci, 109‑cu və 111‑ci maddələrinə əsasən bu məclisin üzərinə bir sıra vəzifələr qoyulmuşdur ki, onların ən mühümləri aşağıdakılardır:  
1. Yeni rəhbərin müəyyən edilməsi üçün araşdırma, qiymətləndirmə və məsləhətləşmələrin aparılması;  
2. Konstitusiyada qeyd olunan şərtlər nəzərə alınmaqla yeni rəhbərin müəyyən edilməsinin sürətləndirilməsi;  
3. Rəhbərlik üçün tələb olunan şərtlərin davamlı şəkildə müşahidə edilməsi.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin şəhid olması xəbəri bazar günü sübh tezdən elan edildikdən sonra Ekspertlər Məclisinin Rəyasət Heyəti dərhal həmin gün səhər saatlarında iclas keçirərək qərarlar qəbul etdi və bu qərarlar bazar ertəsi günü keçirilən iclasda tamamlandı.

Qəbul edilən qərarlara əsasən, ölkədə mövcud olan təhlükəsizlik və müharibə şəraiti, eləcə də düşmənin Ekspertlər Məclisinin iclasına yönəlmiş birbaşa təhdidləri nəzərə alınaraq əvvəlcə məclisin katibliyi tərəfindən möhtərəm Ekspertlər üzvlərindən soruşulmalı idi ki, onlar rəhbərlik namizədliyi üçün kimləri təklif edirlər. Eyni zamanda vurğulanmışdı ki, bu sorğu heç bir halda səsvermə mənasına gəlmir və yalnız təklif olunan namizədlərin siyahısını hazırlamaq məqsədilə aparılır.

Həmçinin qərara alınmışdı ki, ikinci mərhələdə Rəyasət Heyətinin üzvlərindən bəziləri şəxsən Ekspertlər Məclisinin möhtərəm üzvlərinə müraciət etsin və əvvəlki mərhələdə toplanmış namizədlərin siyahısını təqdim etməklə onlardan rəsmi səs alsınlar.

Birinci mərhələ, yəni təklif olunan namizədlərin adlarının toplanması üçün rəy sorğusu Məclisin katibliyinin bir neçə qrupu tərəfindən dərhal həyata keçirilirdi. Lakin çərşənbə axşamı günü Qum şəhərində yerləşən Ekspertlər Məclisinin binası ABŞ və sionist qüvvələrin amansız hücumuna məruz qaldı və bir neçə nəfər, o cümlədən möhtərəm Ekspertlər üzvlərinin bəzi çıxışlarının bir hissəsinə şahid olan şəhid Sami də şəhid oldu. Nəticədə həmin təkliflərə çıxış faktiki olaraq mümkün olmadı.

Bu proses çərşənbə və cümə axşamı günləri davam etdirildi, lakin belə bir tərəddüdlə qarşılaşıldı ki, doğrudanmı Ekspertlər Məclisinin rəsmi iclasını keçirmək mümkün deyil.? Cinayətkar ABŞ və İsrailin təhdidləri qarşısında geri çəkilmək lazımdırmı.? Həmçinin belə bir ehtimal da ortaya çıxdı ki, Ekspertlər Məclisinin iclasından kənarda keçiriləcək səsvermənin hüquqi legitimliyi olub‑olmayacağı məsələsi sual doğura bilər.

Rəsmi iclasın keçirilməsinin mümkün olacağı təqdirdə cavab qəti şəkildə mənfi idi. Həmçinin Ekspertlər Məclisinin iclasından kənarda fərdi səsvermə mövcud qanun və qaydalarda nəzərdə tutulmamışdı. Bu qaydaların dəyişdirilməsi də rəsmi Ekspertlər Məclisi iclasının keçirilməsini tələb edirdi. Yalnız məhdudiyyətləri mümkün və icazəli edən zərurət qaydasına əsasən istisna hal nəzərdə tutula bilərdi. Halbuki zərurətin mövcudluğu da ciddi şübhələrlə qarşılanırdı. Xüsusilə də Müvəqqəti Rəhbərlik Şurası və Ali Milli Təhlükəsizlik Şurasının katibliyi kimi müvafiq qurumlar Ekspertlər Məclisinin rəsmi iclasının keçirilməsi üçün hazırlıq qərarları qəbul etmişdilər.

Ekspertlər Məclisinin Rəyasət Heyəti hesab edirdi ki, rəsmi iclasın keçirilməsi mümkün olduğu halda, iclasın çağırılması qaçılmaz olacaqdır və təbii ki, müvafiq şəraitin yaradılması müəyyən vaxt tələb edirdi. Bu müddət ərzində İslam İnqilabının xeyirxah tərəfdarları tərəfindən, həmçinin bəzən media məkanında müxtəlif baxışlar səsləndirilirdi və onların Ekspertlər Məclisindən əsas tələbi yeni rəhbərin müəyyən edilməsinin sürətləndirilməsi idi.

Ümumilikdə üç baxış irəli sürülmüşdü:

Birinci baxışa görə, Ekspertlər Məclisinin üzvləri tərəfindən namizədlərin təqdim edilməsi üçün verilmiş təkliflərin toplanması yekun səs kimi qəbul edilməli və bu, yeni rəhbərin elan olunması üçün kifayət hesab edilməli idi.

Aydındır ki, bu baxış qəbul edilə bilməzdi. Çünki birincisi, möhtərəm Ekspertlər Məclisinin üzvlərinin səsi, hətta fərdi qayda şəkilində olsa belə qeydə alınmamışdı.Yalnız namizədlərin təqdim edilməsi üçün təkliflər toplanmışdı və buna görə də bəzi Ekspertlər Məclisinin üzvləri öz vərəqlərində birdən çox şəxsin adını qeyd etmişdilər. İkincisi, bu üsul mövcud qaydalara zidd idi. Üçüncüsü isə yaxın və ya uzaq gələcəkdə şübhə və tərəddüdlərin yaranması üçün zəmin yarada bilərdi ki, bu da heç bir halda Ekspertlər Məclisinin mövqeyi və yeni seçilmiş Ali Məqamlı Rəhbərin şəxsiyyəti ilə uyğun gəlmirdi.

İkinci baxışa əsasən, səsvermə həyata keçirilməsə də “kəşf nəzəriyyəsi”nə görə Ekspertlərin səsi yalnız vasitə xarakteri daşıyır, mövzu xarakteri daşımırdı. Yəni onların səsi yeni rəhbərin artıq müəyyən olunduğunu aşkara çıxarır və onların səsi yalnız bu müəyyən edilmiş qərarın cəmiyyətə elan edilməsindən ibarət olurdu. Lakin bu baxış da əvvəlki baxışın bir çox problemlərindən əlavə, belə bir ciddi sualla üzləşirdi. O sualda bu idi ki, Ekspertlərin səsi alınmadığı halda onların səsinin aşkar edici, yoxsa mövzu xarakteri daşıması məsələsi ümumiyyətlə necə müzakirə oluna bilər?

Aydındır ki, kəşfin yalnız Ekspertlərin səsləri ilə məhdudlaşmadığını və istənilən başqa yolla əldə edildiyi halda da kifayət edəcəyini iddia etmək konstitusiyaya ziddiyyət və kəşf iddialarında parçalanma kimi ciddi maneələrlə qarşılaşırdı. Bundan əlavə, bu yanaşma müxtəlif baxışların institusionallaşdırılması məqsədi daşıyan Ekspertlər Məclisinin mövcudluq fəlsəfəsi ilə də uyğun gəlmirdi.

Üçüncü baxış isə belə idi ki, Ekspertlərdən səsin alınması Rəyasət Heyəti tərəfindən fərdi qaydada, iclasdan kənarda daha sürətlə həyata keçirilməlidir. Xüsusilə də son günlər baş vermiş hadisələr, o cümlədən Qum şəhərində Ekspertlər Məclisinin iki binasına hücum edilməsi və düşmənin Ekspertlər Məclisinin iclasına qarşı təhdidlərinin gücləndirilməsi nəzərə alınmaqla bu baxış daha çox tərəfdar qazanmışdı.

Bu nəzəriyyə əvvəlki iki baxışla müqayisədə daha az problemlə qarşılaşırdı. Lakin qaydalara tam riayət edilməməsi və Ekspertlər Məclisinin rəsmi iclasının keçirilməməsi zərurət qaydasının tətbiqini tələb edirdi. Halbuki təhlükəsizlik və hərbi qurumlar ABŞ və sionist düşmənin təhdidlərini aradan qaldırmaq üçün ciddi səylər göstərirdilər. Nəhayət, bazar günü İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təqdirəlayiq və müdrik tədbirləri, həmçinin müxtəlif təhlükəsizlik aspektlərinə riayət olunması və möhtərəm Ekspertlər Məclisinin üzvlərinin təqdirəlayiq birgə əməkdaşlığı nəticəsində rəsmi iclas keçirildi.

Ekspertlər Məclisinin dəyərli üzvləri, daha əvvəl onlarla iclas ərzində üç nəfərlik komitənin qiymətləndirmə nəticələri ilə tanış olmuşdular və son günlərdə də təcrübələrdən, məsləhətləşmələrdən və Rəyasət Heyəti ilə koordinasiya olunaraq rəsmi iclasda iştirak edən ekspertlərin rəylərini dinləməkdən istifadə edərək iclasa qatıldılar.

Bu iclasda Ekspertlər Məclisinin 84 nümayəndəsindən 59 nəfəri iştirak edirdi. Halbuki tələb olunan rəy üzvlərin üçdə ikisi, yəni 56 nəfər idi. Nəticədə səslərin təxminən dörddə üçü ilə Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ( Allah onu qorusun) İslam İnqilabının üçüncü rəhbəri kimi müəyyən edildi və dərhal elan olundu.

Bir neçə yekun məqam:

Birinci məqam: Yeni rəhbərin seçilməsinin sürətləndirilməsi tələbi ilə müşayiət olunan ümumi coşqu, şüurluluq və həssaslıq həqiqətən gözəl, dəyərli və təqdirəlayiq idi. Bununla yanaşı, hüquqi mərhələlərin yerinə yetirilməsi, Ekspertlər Məclisinin rəsmi iclasının keçirilməsi və tələb olunan rəylərin təmin olunması üçün göstərilən həssaslıq uzaqgörənliyi və uzaq perspektivlərə yönəlmiş baxışı nümayiş etdirirdi ki, bu da Ekspertlər Məclisinin yüksək və dəyərli mövqeyinin zəruri tələblərindən biridir. Başqa sözlə, bütün baxışlar, aralarındakı fərqlərə baxmayaraq, vilayəti‑fəqih prinsipinə sədaqət və düşmənlərin sui‑qəsdlərinə qarşı həssaslıq baxımından ortaq mövqedə idilər və bütün bu müzakirələr gözəllik və kamillikdən başqa bir şey deyildi.

İkinci məqam: Pak və təqvalı, məsuliyyətli, cəsarətli, regional və beynəlxalq şəraitlə yaxşı tanış olan və şəhid Ayətullah Seyid Əli Xameneinin nəslindən olan bir fəqihin seçilməsi Ekspertlər Məclisinin üzvləri, eləcə də İran İslam Respublikasının daxilində və xaricində yaşayan xalq tərəfindən elə bir qarşılanma ilə müşayiət olundu ki, bu hər cür təhlil və gözləntilərdən daha artıq idi. Yeni rəhbərlə bir neçə saat sonra keçirilən beyət mərasimində bu hadisə bir tərəfdən dünyanın mömin və məzlumlarını sevindirdi, digər tərəfdən isə Tramp da daxil olmaqla düşmənlərin qəzəbinə səbəb oldu: «قل موتوا بغیظکم» Yəni səsvermədə birlik, nəticənin elan edilməsində birlik və həmin nəticənin dəstəklənməsində birlik, o cümlədən ali təqlid mərcələrinin dəstəyi, eləcə də işlərin idarə olunması və müharibənin qüdrətli şəkildə komandanlıq edilməsi üçün möhkəm dayaq olacaqdır.

Üçüncü məqam: Şübhəsiz ki, bu şəraitdə Ekspertlər Məclisinin rəsmi iclasının keçirilməsi böyük bir qələbə və ABŞ ilə İsrailin Ekspertlər Məclisinə qarşı təhdidlərinin boş və əsassız olduğunu göstərən aydın bir göstərici idi. Bu iclasın keçirilməsində möhtərəm Ekspertlər Məclisinin üzvlərindən əlavə, Müvəqqəti Rəhbərlik Şurası, Ali Milli Təhlükəsizlik Şurasının katibliyi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kimi digər şəxsiyyətlər və qurumlar da mühüm rol oynadılar və onların ağıllı, eyni zamanda ehtiyatlı planlaşdırmaları düşmənlərin bütün boş təhdidlərini ifşa etdi. Bu münasibətlə onların hamısının müdrik tədbirlərinə görə təşəkkür və minnətdarlıq ifadə olunmalıdır.

Dördüncü məqam: Bu proses göstərdi ki, Ekspertlər Məclisi həqiqətən də kritik anların məclisidir.
Ekspertlər Məclisi çıxılmaz vəziyyətləri aradan qaldıran, İslam cəmiyyəti üçün arxayınlıq yaradan və dövlət ilə dini prinsiplərinin vəhdətinin təcəssümü olan bir məclisdir. Bu bənzərsiz rolun izah edilməsi müvafiq seçkilərdə xalqın daha geniş iştirakına zəmin yarada bilər.

وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ


Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.

Allahın rəhmət və bərəkəti üzərinizə olsun

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha